Kiselyov Mətbuat Şurasını hədəfə aldı: “Nağara kimi içi boşdur”

Kiselyov Mətbuat Şurasını hədəfə aldı: “Nağara kimi içi boşdur”
Azərbaycan Mətbuat Şurası "Sputnik” agentliyinin guya bu ölkədə təxribat fəaliyyəti ilə məşğul olduğuna dair sübut təqdim edə bilməz.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu "Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev bildirib.

"Azərbaycan Mətbuat Şurasının ittihamları nağara kimi içi boşdur. Həmkarlarımız "Sputnik Azərbaycan"ın ölkədə təxribatla məşğul olması ilə bağlı tezislərini dəstəkləmək üçün bir misal gətirə bilməzlər", - o vurğulayıb. pizza mizza

Bundan əvvəl Rusiya Jurnalistlər Birliyi (RİB) beynəlxalq təşkilatlara məktub göndərərək iyunun 30-da Bakıda qanunsuz saxlanılan "Sputnik Azərbaycan" əməkdaşlarının dərhal azadlığa buraxılmasına kömək göstərməyə çağırıb.

Buna cavab olaraq Azərbaycan Mətbuat Şurası bu gün Rusiya tərəfinin ünvanına ittihamlar səsləndirib. Şura üzvləri bildirdilər ki, Moskva "Sputnik”dən xarici siyasətə təsir aləti kimi istifadə edib.

MŞ sədri Rəşad Məcid vurğulayıb ki, Şuranın müraciətində RJİ-nin "Sputnik Azərbaycan”la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az