KİVDF- baykot etdildi-Qalmaqal

KİVDF- baykot etdildi-Qalmaqal

Səbəb Vuqar Səfərlidi

Artıq bir sıra dövlət qurumları bu il Milli Mətbuat Günü ərəfəsində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birlikdə müsabiqələr keçirməkdən imtina edirlər. Səbəb isə çox sadədir. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ötən il keçirilən müsabiqələrin birində öz oğlunu birinci yerin qalibi edib. Buna etiraz edilsə də, nazirliklə müştərək keçirilən yarışmanın münsifi olan vüqar Səfərli israr edib.

Bu nazirliyin KİVDF ilə keçirdiyi məlum yarışmanın nəticələri elan edilən zaman isə həmin nazir toplantıya etiraz edərək qatılmayıb. Nazirin bütün etirazlarına baxmayaraq V.Səfərli «niyə başqasına verməliyiəm ki, öz oğlum qalib olacaq» deyərək israr edib. 

Nəticədə isə artıq bu il həmin nazirlik ümumiyyətlə KİVDF ilə əməkdaşlıq etməkdən imtina edib və bu il müstəqil olaraq Milli Mətbuat Günü ilə əlaqədar olaraq müsabiqə elan edib.

Elə həmin nazirliyin başçısı konkret olaraq göstəriş verib ki, ötən il baş verən biabırçılıqdan sonra daha KVDF ilə heç bir müsabiqə verməyəcək. Yəni nazir və tabeçiliyində olan nazirlik faktiki olaraq KİVDF-ni boykot edib.

Onu da əlavə edək ki, bizə KİVDF-ni boykot qərarı vermiş nazirliyin və nazirin adı konkret və dəqiq bəllidir. Hətta keçənilki müsabiqədə «Mövqe» qəzetindən Vüqar Səfərlinin oğlunun 1-ci yerin qalibi elan edilərək nə  qədər mükafatı hansı yazısına görə aldığını da bilirik. Lakin dəqiqləşdirmələrimiz tam yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az