Kiyev Kerç boğazında baş verən hadisədən sonra Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq xahişiylə dünya ictimaiyyətinə müraciət etmək niyyətindədir.
Miq.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko dəniz təhlükəsizliyi məsələləri üzrə ikinci beynəlxalq konfransda bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna boğazın bağlanmasını Türkiyədən xahiş edəcək.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL