Koçaryan Moskvada Putinlə görüşüb: Qarabağdan danışıblar

Koçaryan Moskvada Putinlə görüşüb: Qarabağdan danışıblar

Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanla Moskvada danışıqlar aparıb. Miq.Az xəbər verir ki, bu iddia ilə "wargonzo” çıxış edib.

Həmin iddiaya görə, Putinlə Koçaryan görüşləri koronavirus səbəbindən məsafəli olub.”Bununla bağlı yaxın günlərdə rəsmi məlumat veriləcəyi gözlənilir. Danışıqlar təxminən bir saat çəkib. Görüşdə əsasən Ermənistandakı siyasi böhran, qarşıdan gələn parlament seçkiləri, Qarabağdakı vəziyyət və təhlükəsizlik məsələsi olub”.

"wargonzo”nun yaydığı məlumatda deyilir ki, Koçaryanla Putinin görüşü Poznerin verilişinə çıxmamışdan əvvəl baş tutub. "Gedişatdan onu demək olar ki, Pozner Koçaryanı təsadüf nəticəsində verilişinə çağırmayıb. Belə bir verilişin hazırlanması Ermənistandakı seçkiqabağı lazım hesab olunub. Çünki Koçaryanın reytinqini yüksəltmək üçün ciddi təsir etmək lazımdır. Yəqin ki, yaxın gülərdə bu dəstəyi açıq şəkildə görəcəyik”./JAMAZ.İNFO /


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az