Konsert proqramı ləğv edildi - Şəhidlərimizə görə

Konsert proqramı ləğv edildi - Şəhidlərimizə görə
Aprelin əvvəlində cəbhədəki döyüşlərdə şəhid verməyimizlə əlaqədar olaraq, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə bağlı bu gün təşkil ediləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib.
Miq.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib: "Aprelin əvvəlində cəbhə xəttində bizim ailələrimiz şəhidlər verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az