Korona səbəbdir, əsl nəticə gəlir - Professordan şok

Korona səbəbdir, əsl nəticə gəlir - Professordan şok

Bəzi ali qüvvələr koronavirus epidemiyası üzərindən ortalığı qarışdıracaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli professor Əbubəkr Sofuoğlu çıxış edib.

"Bəzi qüvvələr koronavirus epidemiyasından sonra insanlara "çip" taxdırmaq üçün ölkə liderlərini devirmək variantını seçəcək. Koronavirus bir səbəbdir. Əsl nəticəni gözləyin. Dünyada ölümlərin artması xətrinə bunu etmədilər. Peyvənd vuracaqlar, "çip" taxacaqlar", - Sofuoğlu söyləyib.

Professor qeyd edib ki, sözügedən tendensiyadan sonra bitkoin dövriyyəyə girəcək:

"Rəqəmsal bir dünyaya keçəcəyik. Yenidən koronavirusa hazırlıq görülür. Virus səbəbindən insanları evə məhkum etdilər. Onların müstəqilliyini əllərindən aldılar. Bill Qeytsin hərəkətlərini burada izləmək lazımdır. Dövlət başçıları bu bəladan xilas olmaq üçün hərəkətə keçirlər. Lakin Bill Qeyts kimi adlar meydana çıxır və oyunu pozmaq istəyir. Qlobalistlər bizi incidir. Ölkələr iqtisadiyyatın "təkər"lərini yenidən fırlatmağa başlayanda kimsə "yeni dalğalar gələcək" deyərək, insanları qorxudur. Hədəf nədir? - İnsanları içəridə saxlamaq və ortalığı qarışdırmaq".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az