Kreml işğalçını silahlandırmağa davam edir — Rusiya Ermənistana 12 ədəd "Su-30SM" təyyarəsi göndərir

Kreml işğalçını silahlandırmağa davam edir — Rusiya Ermənistana 12 ədəd

Rusiya işğalçı Ermənistanı silahlandırmağa davam edir. 

Miq.Az-ın məlumatına görə, Rusiya yaxın vaxtlarda Ermənistana 12 ədəd müasir tipli "Su-30SM" qırıcı təyyarəsi göndərəcək. 

Bu barədə "İnterfaks”-a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib. 

O, qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya və Ermənistan arasında müzakirələr aparılır. 

Xatırladaq ki, Rusiya "Su-30SM" döyüş təyyarələrinin ilk partiyasını 2019-cu ilin dekabrında işğalçı Ermənistana göndərib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az