Krıma hücumlardan sonra Kreml inamını itirib və hiyləgər plan düşünüb...

Krıma hücumlardan sonra Kreml inamını itirib və hiyləgər plan düşünüb...

Kreml baş verənlərdə Krımın krım-tatar icmasını və onun guya əlaqədə olduğu ekstremist islamçı təşkilatı ittiham edir...

Rusiyanın hərbi komandanlığı Krımdakı hərbi obyektlərə bu yaxınlarda endirilən zərbələrdən sonra Krımın təhlükəsizliyinə inamını getdikcə daha çox itirir. 
 
Üstəlik, rusiyalılar qəsdən baş verənlərə görə Krımdakı krım-tatar icmasını ittiham etməyə cəhd edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) hesabatında deyilir.
 
Ekspertlərin məlumatına görə, Cankoydakı partlayışlardan sonra Krımda yerləşən Qara dəniz donanmasının komandanı postunda rusiyalı vitse-admiral Viktor Sokolov admiral İqor Osipovu əvəzləyib. 
 
Həm də Rusiya komandanlığı açıq-aşkar Sevastopolda "terror təhlükəsi" səbəbindən Sokolovun təyinatını yüksək səviyyədə məxfi saxlamağa cəhd edib.
 
"Bu yaxınlarda Ukraynanın (Ukrayna partizanlarının ) Rusiyanın Krımdakı hərbi obyektlərinə, o cümlədən Qara dəniz donanmasının Sevastopolda olan qərargahına zərbələri Rusiya qüvvələrini yüksək döyüş hazırlığına gətirib çıxarıb, qüvvələr tərkibinin, arxa cəbhə təminatının və Rusiyanın Krımdakı qruplaşmasının struktur dəyişikliklərinə rəvac verib", - ISW- nin hesabatında deyilir.
 
Amerikalı hərbi icmalçıların məlumatına görə, Kreml bu yaxınlarda Rusiyanın Krımdakı hərbi obyektlərinə Ukraynanın zərbələrini informasiya məkanını Rusiyanın beynəlxalq hüququ pozmasindan diqqəti yayındırmaq üçün terror aktı kimi təqdim etməyə cəhd edir.
 
Bekə ki, Rusiya tərəfindən təyin olunan işğal edilən Krımın rəhbəri Sergey Aksyonov avqustun 17-də bəyan edib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Hiz but-Təhrir" təşkilatının (Mərkəzi Asiyada və Krımda krım-tatar icması arasında fəaliyyət göstərən islamçı fundamental siyasi təşkilatdır, Cankoyada və Yaltada yerləşir) özəklərini neytrallaşdırıb.
 
Aksyonov Ukrayna hökumətini "Hiz but-Təhrir"in əməliyyatlarının koordinasiya edilməsində heç bir sübutlar təqdim etmədən ittiham edib, amerikalı icmalçılar qeyd edib.
 
"Rusiyanın rəsmi şəxsləri, ehtimal ki, getdikcə Ukrayna partizanlarının işğal edilən ərazilərə hücumlarını İslam ekstremizmi ilə əlaqələndirəcək, bununla da Ukrayna partizan hərəkatını beynəlxalq birliyin qarşısında gözdən salmağa və bununla da Ukraynanın Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanınması çağırışlarını pozmağa cəhd edəcək", - ISW bəyan edib və qeyd edib ki, "Rusiyanın işğal etdiyi Krımdakı hərbi obyektlərinə qanuni güc tətbiq edilə bilər və bu hücumların İslam ekstremistləri tərəfindən törədilməsinin heç bir sübutları yoxdur.
 
Bu konteksdə ekspertlər Rusiyanın Krımın ön hava limanlarında yerləşən onlarla təyyarə və helikopterlərinin Krım yarımadasının daha dərin rayonlarına köçürülməsi barədə Ukrayna kəşfiyyatının əvvəllki bəyanatı və hesabatına istinad edir.
 
Bu ərəfədə isə Britaniya kəşfiyyatçıları məlumat verib ki, avqustun 16-da Cankoyda baş verən partlayışlar Ukraynanın cənubunda döyüşlər aparan Rusiya qoşunlarının təchizatını poza bilər.
 
"Bu insidentlərin və vurulan ziyanın miqyası hələ aydın deyil, lakin Rusiya komandanlığı, böyük ehtimalla, işğal üçün arxa cəbhə rolunu oynayan Krımın təhlükəsizliyinin açıq-aşkar pisləşməsindən getdikcə daha çox narahatlıq keçirəcək", - Böyük Britaniyanın müdafiə nazirliyi bəyan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az