Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirəcək

Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirəcək
Küveytin "Jazeera Airways” aviaşirkəti iyunun 23-dən etibarən Bakıya birbaşa uçuşlar həyata keçirəcək.

Trend-in məlumatına görə, reyslər həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Bundan başqa, Küveyt vətəndaşları üçün Azərbaycana viza almaq prosedurları sadələşdirilib. Bu ölkənin vətəndaşları ASAN Visa sistemi vasitəsilə onlayn rejimdə 3 gün ərzində viza ala bilər.

Qeyd edək ki, "Jazeera Airways” 2004-cü ildə yaradılıb və il ərzində 16 istiqamət üzrə 1,25 milyona yaxın sərnişinə xidmət göstərir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az