Laçınlılar icra başçısının istefasını tələb edirlər

Laçınlılar icra başçısının istefasını tələb edirlər

Laçın rayonun işgalının 23 cü ildönümü ilə əlaqədar Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində tədbir kerçirilib. Tədbirdə Milli Məclisin deputatları Tahir Rzayev, Nazim Fərəcov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da istirak edilbər.
Bu haqda Muxalifet.az-a məlumat verən rayon sakini Xanlar Tanrıverdiyev deyir ki, tədbiri açan Laçın rayon icra başçısı Akif Səlomovun çıxışı etirazla qarşılanıb:
“Özünə laçınlıların dövlət tərəfindən ayrılan və Laçın əhalisinin imkansız təbəqəsi üçün ayrılan pullar hesabına Taxta-körpü qəsəbəsində böyük fermer təsərrüfatı yaradan başçıdan heç nə gözləmirdi. Akif Səlimov haqqında mətubatda çox fikir səslənir, az da olsa bu bardə məlumatınız var, Akif Səlimovun son 4 ildə işlədiyi dövürdə onun fəaliyyətindən sizin önəm verdiyiniz KİV- lərdə 10-larla şikayətlər daxil olub...  Çünki Laçınlılar Akif Səlimov kimi başçını qəbul etmirlər və etmək fikrləridə yoxdur.
Bbizim pullar hesabına Bakı şəhər Bakıxanov qəsəbəsində özünə 5 milyonluq viila tikdirən, Oğuz rayonunda 1 milyon dəyərində özünə malikanə yaradan, Taxta körpüdə dəyəri milyonlarla ölçülən göllər yaradan başçı yox bizim dərdimzə yanan başçı lazımdır. Heç soruşan yoxdur ki, həmişə qürurla deyirsən ki, mənim dövrüyyədə 30 milyon pulum var, bu pulu hardan almısan Akif Səlimov?
Biz indi dərk ediri ki, Akif Səlimov rəislikdən necə başçı gəlib və özünü hakimiyyətə necə yaxın göstərib”.
Ölkə başçısına müracət edən rayon sakinləri icra başçısının qanunsuz əməllərinə son qoyulmasını xahiş edirlər:
“Əgər Akif Səlimov istəmirsə ki, ondan yuxarılara şikayət olunsun, onda niyə insanların problemlərini həll etmir? Niyə bir maraqlanan yoxdur ki, Akif Səlimovun ətrafında olan, Laçını talan edən məmurlarda bu qədər imkan haradandır? Bəyəm onların aldığı əmək haqqı bütün bunları həyata keçirməyə imkan verir? Rayonda fəaliyyət göstərən xeyriyyə fonduna yığılan milyonları hara xərcləyirlər? Bizlər müraciət edəndə isə imkanımız yoxdur deyərək yola salırlar. Akif Səlimov vətənpərvərlikdən danışır. Bəli, biz də istəyirik ki, torpaqlarımız işğaldan azad olunsun. Ancaq Akif müəllim vaxtilə Laçın uğrunda gedən döyüşlərdə olan Akif müəllimdən kəskin şəkildə fərqlənir. Onda vətənpərvər idi. Indisə pulgir, vəzifəpərəst.
Tezliklə Laçını satan, hansı xətlərlə Laçına başçı gələn Akif Səlimovun sərəncamını gozləyirik. İnanırıq ki, son bir həftə ərzində Təhlukəszlik Nazirliyi tərəfindən həbs edilən məmurlar arasında korrupsiya və başqa əməllərə görə Akif Səlimovun da adı olacaq. Buna yetərincə faktlar və sübutlar da var. Akif Səlimovun bütün əməllərin indi Laçının balacadan tutmuş ağsaqqala qədər hamı bilir, amma gücü çatan yoxdur.
Cənab prezident, siz hər bir rayona icra başçısı təyin edəndə onu qəbul edib öz tövsiyyələrinizi verirsiniz. Siz deyirsiniz ki, insanların qayğısına qalın, problemlərini həll edin. Demirsiniz ki, onları məhkəmələrdə süründürün, hüquqlarını tapdalayın? Demirsiniz ki, dövlətin verdiyi yardımları özünüz yeyin? Bizim də sözümüzü eşidin. Xahiş edirik, Akif Səlimovu başqası ilə əvəzləyin. Lütfən!"
Muxalifet.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az