Lamiyə Ələkbərova “ATV”-nin vitse-prezidenti təyin edildi

Lamiyə Ələkbərova “ATV”-nin vitse-prezidenti təyin edildi
"Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

Miq.az  primetime.az-a istinadla xəbər verir ki, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyə Ələkbərova yerinə yetirəcək. O, "ATV”-dəki vəzifəsinin icrasına bu gündən başlayır.
Xəbəri təsdiq etmək üçün Lamiyə xanımla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, 11 il "AzTV”, 11 il isə "Lider TV”-də çalışan L.Ələkbərova bir müddət öncə "İctimai TV”-nin Musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.
Məlumat üçün bildirək ki, ötən ay "ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az