Lənkəranda ağır qəza: Beş nəfər xəsarət aldı

Lənkəranda ağır qəza: Beş nəfər xəsarət aldı

Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

miq.Az "Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Niva” və "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə "Niva”da olan 4, "Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az