Cənub bölgəsinin sosial-iqtisadi, mədəni mərkəzi Lənkəranda bir neçə ildir ki, həkim çatışmazlığı problemi yaşanır.
Ətraf rayonlardan da ağır xəstələrin bu rayonun səhiyyə ocaqlarna pənah gətirdiyini nəzərə alsaq, onda məsələnin aktuallığı önə çıxır.
Lənkəranda mütəxəssis həkimlərə olan ehtiyacı ödəmək məqsədilə Respublika Səhiyyə Nazirliyi bu il Lənkərana təyinatla 3 ixtisaslı həkim göndərib. Rayonun səhiyyə rəsmisi bildirir ki, gələn mütəxəssislərin rayona bağlılığının təmini üçün paytaxtla bölgənin həyat tərzi arasında mövcud fərqlər tədricən aradan qaldırılmalıdır.
Rayona işləməyə gələn gənc mütəxəssisin də öz arqumenti var. Aldığı əmək haqqı kommunal xərclərinə ancaq yetən mütəxəssisin fikrincə, ucqarlarda kadr probleminin uğurlu həlli üçün stimullaşdırma vacibdir.
Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasında vakant yerlərə işçi qəbulu Səhiyyə Nazirliyinin təlimatına əsasən müsabiqə yolu ilə aparılır. Bu gün keçirilən müsabiqəyə nazirliyin xətti ilə göndərilmiş 16 tibb bacısının və 3 həkimin qatılması mövcud problemin həllinə yardımçı ola bilər.
Hələlik isə rayon səhiyyəsində 109 boş iş yeri sahibini gözləyir. Rayonun kəndlərində ən çox mama ginekoloqlara, ailə və sahə həkimlərinə ehtiyac var. n səhiyyəsində 109 boş iş yeri sahibini gözləyir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?