“Lənkəranski sağdır” - Rəsmilərimiz xəstəxanaya gedir
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Rövşən Lənkəranskinin durumu ilə bağlı açıqlama verilib.
Xəstəxanadan AzNews.az-a bildirilib ki, xəstə hazırda reanimasiyadadır: "Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır”.
Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir.
Miq.az