Lerik Rayon Təhsil Şöbəsi “Ölkəmizi tanıyaq” layihəsi haqqındakı məlumatlara REAKSİYA VERDİ
Lerik Rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərində "Ölkəmizi tanıyaq” layihəsinin həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Təhsil şöbəsindən Miq.az-a daxil olan məlumatda bildirilir ki, "Ölkəmizi tanıyaq” layihəsinin həyata keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır: "Həmin məlumatlar qərəzli xarakter daşıyır və Lerik Rayon Təhsil Şöbəsinin nüfuzuna xələl gətirmək məqsədini daşıyır. "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tədbirlər şəffaf və yüksək səviyyədə həyata keçirilmişdir. Əvvəlki illərlə müqayisədə rayonun ümumtəhsil müəssisələrində təhsilin ümumi göstəricilərinin faizi yüksəlmiş, bilik və bacarıqlı şagirdlərimizin sayı artmışdır. 2017 -2018 -ci dərs ilində tam orta təhsilini başa vurmuş məzunlarımızdan 32 nəfəri 300-400 bal aralığında, 4 məzunumuz 600 dən yuxarı bal toplayaraq respublikamızın ayrı ayrı ali təhsil məktəblərinə qəbul olunmuşlar. Lerik rayon məktəblilərinin qatıldığı "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilmiş bilik yarışmalarının respublika mərhələsində rayon məktəbliləri 3-cü yerə laiq görülmüşlər”.
Məlumatda bildirilir ki, Lerik rayonu respublikamızın ən ucqar dağlıq ərazisində yerləşir.
"Bütün çətinliklərə baxmayaraq müəllimlərimiz daim özlərinin biliklərini artırmağa səy göstərirlər. Buna missal olaraq müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi imtahanında respublika üzrə ən yüksək bilik nümayiş etdirmişlər. Müəllimlərimizdən 1 nəfəri respublikada ən yüksək nəticə göstərərək 60 bal toplamışdır. Rayon üzrə 1086 nəfər fənn müəllimlərimizdən 40-50 bal arası 272 nəfər, 50 baldan yuxarı 133 nəfər, o cümlədən 55-58 bal arası 27 nəfər, 5 nəfər isə 58 bal toplamışlar. Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbulu imtahanında da direktorluğa namizəd müəllimlərimiz qonşu rayonlarla, habelə Azərbaycanın bir çox rayon, şəhərləri ilə müqayisədə ən yüksük bal toplamışlar.
Məlumat üçün bildiririk ki, direktorların işə qəbulu imtahanlarında respublika üzrə 49 bal toplayaraq ən yüksək nəticə əldə etmiş Samir Şahin oğlu Əzimov da rayonumuzun ən istedadlı və yaradıcı müəllimi olmuşdur. O, 2016-2017 -ci dərs ilində iş yerini Bakı şəhərindəki 117 nömrəli məktəbə dəyişmişdir. Rayonumuzun pedoqoji kollektivləri Azərbaycan təhsilinin davamlı inkişafı naminə daim səy göstərir və gənc nəsilin milli vətənpərvərlik ruhunda yetişməsinə var qüvvəmizlə çalışırıq”, - deyə şöbə yayılan məlumatları təkzib edib.
Miq.Az