Lerikdə BUZEYİR MAĞARASINA yol çəkilir

Lerikdə BUZEYİR MAĞARASINA yol çəkilir

Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol eyni zamanda iqtisadiyyat və həyat deməkdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, bütün mədəniyyətlərin binövrəsi yoldan başlayır. 

 Lerikin bir qrup ziyalıları rayonunun inkişafına dəstək vermək üçün millət vəkili Vasif Qafarovun rəhbərliyi ilə "Lerikin inkişafına dəstək” qrupunu təsis etmişlər. "Qrup”un icraçı direktoru isə tanınmış iş adamı Arzuman Muradlıdır. "Qrup”da Lerikin tanınmış iş adamları, ziyalılar və qəlbi Lerik sevgisiylə döyünən insanlar toplaşmışdır.

"Qrup”un təşəbbüsü ilə bu yaxınlarda Lerikin qədim abidəsi, qədim insanların yaşayış məskəni olan "Buzeyir” mağarasına yolun çəklişinə start verilmişdir. Təmir və tikinti işlərinə tanınmış iş adamı Hacı Övsət Həmidov rəhbərlik edir. 

İlkin olaraq abidəyə yolun çəklişi, o ərazidə yerləşən ayrı-ayrı mağaralara turistlərin rahat hərəkəti üçün piyada yolların və pilləkənlərin qurulması, turistlərin istirahəti üçün yerlər nəzərdə tutulub. 

Başlanan bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. 
Onu da qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyəti də bu işlərin görülməsində yaxından iştirak edir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az