Leyla Əliyeva: Mənim də arzumu sor

Leyla Əliyeva: Mənim də arzumu sor

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.

 “Yeni il” adlı şeiri oxucuların ixtiyarına veririk.

Bayram görüşümüzü

Yaman gözləyirəm mən -

Həyəcanla, təlaşla.

Bu ana hazırlaşıb

Gizlətmişəm ürəyi

balışımın altında.

Qəm-kədəri, qüssəni

Qovmuşam uzaqlara...

Yeni il yolkasında

yandırdığım şamların

itirmişəm sayını...

Buxarı da çırtaçırt

Yanır gur alovuyla...

Mənsə çox gözləyirəm

bayram görüşümüzü,

Qalıb gözüm yollarda.

Mən Yolkanın altına

hədiyyələr düzmüşəm,

Gecə yarı olmamış,

açasan hamısını...

İstərəm hamı üçün

sən bir Günəş olasan.

Bu şəfəqdən mənə də

Kiçik pay ayırasan.

Sənə rəngli qablarda

hədiyyə düzəldəcəm;

Qapağını açanda

Sanma ki, içi boşdur.

Qutuların hamısı

mənə əziz – ən yaxın

saydığım insanların

arzularıyla daşır...

Sən Yeni il gecəsi

onları aç, sevindir..!

Qoy nə arzu ediblər

həyata keçsin bir-bir.

Sonra isə xəlvətdə,

mənim də arzumu sor,

Bil ki, nədir istəyim,

nədir arzu-diləyim?

İstəyirəm hər kəsin

ulduzu lap gur yansın.

Mən səndən diləyəndə

zaman da diləklərə

ram olsun, həyan olsun.

Səni tələsdirərək

əqrəbləri qovmasın...

Mən çox istəyirəm ki,

ruhu təlaşlandıran

dalğalar quzu olsun.

Mənə bir hədiyyə ver,

lap xırda, həm də sadə. –

Qoy lap təbəssüm etsin

mənə doğma adamlar,

bu xırda istəklərə...

İstədiyim odur ki,

gecə həmdəmim olan

mələk məni əfv etsin.

Ən böyük istəyimsə... –

Gur səslə deyim, eşit:

İstəyirəm əbədi

bəxtəvər olasan sən! –

Bu dünyada yaşayan

bütün insanlar üçün..!

Səninlə bu görüşü

yaman gözləyirəm, bil

Tez gəl, bizi sevindir

Yeni il, ay Yeni il!

Rus dilindən çevirəni: Mahir Qabiloğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az