“Vətəninfo.az”a Qazax sakinlərinin verdiyi məlumata görə, şənbə günü gecə saatlarından başlayaraq yağan güclü yağış selə çevrilib. Sel nəticəsində Qazağın bir çox kəndlərinə, əsasən də, Ağköynək, Qarapapaq, Xanlıqlar, Balacəfərli,Böyükcəfərli kəndlərinə güclü ziyan dəyib. Belə ki, elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranıb, kəndlilərin mal-qarasını sel aparıb.
Qeyd edək ki, sel nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əlavə edək ki,ölkənin qərb bölgəsinə yağan güclü yağışlar Ağstafa rayonunda da fəsadlar törədib. Sel rayonun Dağkəsəmən kəndində evlərə və həyətyani sahələrə ziyan vurub. Kənd sakinlərinin sözlərinə görə, yağışın fəsadının ağır olmasına səbəb dağlarda bəndlər vasitəsilə selin qarşısının kəsilməməsi və selin birbaşa kəndə istiqamət almasıdır. Kənd ərazisində yolboyu arxların olmasına baxmayaraq Qazax və Ağstafa rayonlarını birləşdirən yol tamamilə sel sularının altında qalıb.
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev