Lukaşenko Ermənistana haqq qazandırır – “Ermənistan haqlı iddialar irəli sürür”

Lukaşenko Ermənistana haqq qazandırır – “Ermənistan haqlı iddialar irəli sürür”
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-dən dəstək istəyən Ermənistana haqq qazandıran açıqlama verib.

"AzPolitika.info” xəbər verir ki, iyunun 20-də KTMT-yə üzv ölkələrin Xarici İşlər nazirlərilə görüşdə iştirak edən Belarus başçısı sözügedən qurumun fəaliyyətinə dair haqlı narazılıqların olduğunu deyib: "Qırğızıstan çoxdandır Tacikistanla münaqişənin həlli üçün yardım istəyir. Ermənistan haqlı iddialar irəli sürür. Əgər biz bu problemləri vaxtında həll etməsək, KTMT ölkələri həmişə bir-birini günahlandıracaqlar. KTMT ölkələrinin problemlərinin dərinliyinə getmək lazımdır”.

Göründüyü kimi, Ermənistanda daha çox "Azərbaycanın dostu” kimi təqdim edilən A.Lukaşenko bu dəfə İrəvanın mövqeyinə haqq qazandırır.

Xatırladaq ki, Ermənistanın KTMT-dən narazılığı Azərbaycana qarşı müharibədə təşkilatın ona istədiyi dəstəyi göstərməməsilə bağlıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az