“Makron bir həftə əvvəl Praqada mollalıq edirdi” - Siyavuş Novruzov

“Makron bir həftə əvvəl Praqada mollalıq edirdi” - Siyavuş Novruzov

Milli Məclisdə çıxış edən komitə sədri Siyavuş Novruzov da deyib ki, Azərbaycana uzanan əllər, dillər kəsilməlidir.

S.Novruzov Fransa prezidentinin sərgilədiyi anti-Azərbaycan mövqeyinə etirazını bildirib: "Makron harda nə danışdığını bilmir. Bir həftə əvvəl Praqada mollalıq edirdi. Sonra başladı Azərbaycana işğalçı deməyə. Bu cür adamdan nə gözləmək olar? Maraqlı tərəfsənsə, get, dur tərəfinin yanında. Səndən həmsədr ola bilməz! Çünki Fransa erməniləri müdafiə edir”.

S.Novruzov deyib ki, Fransa deputatlarına etiraz bildirməliyik, lazım gələrsə, bu ölkə ilə iqtisadi, diplomatik əlaqələr kəsilməlidir!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az