Maliyyə naziri:"2016-cı ilin dövlət büdcəsi artırılacaq"

Maliyyə naziri:
 
 
 Yeni təsdiq ediləcək büdcə layihəsində dövlət büdcəsi gəlirləri 16,4 mlrd. səviyyəsində olacaq.
Bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
"Yeni təqdim edəcəyimiz büdcə layihəsində dövlət büdcəsi gəlirləri təsdiq etdiyimiz gəlirlərlə müqayisədə 1,9 milyard artmış olacaq. Hazırda bizim gəlirlərimiz 14,5 milyard manatdırsa, yeni təsdiq olunacaq büdcəmizdə bu, təqribən 16,4 mlrd. səviyyəsində olacaq", - deyə nazir bildirib.
 
 Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az