Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? – AÇIQLAMA

Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? – AÇIQLAMA

Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır”.

"Marja” xəbər verir ki, bunu "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiyaya qərar vermirəm. İndi işimiz yanğını söndürməkdir”,- nazir deyib.

Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

Hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.

Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az