Marketlər boşaldıldı, mallar anbara yığıldı, qiymətlər bahalaşdı - Bakıda ajiotaj

Marketlər boşaldıldı, mallar anbara yığıldı, qiymətlər bahalaşdı - Bakıda ajiotaj
Ötən axşam Bakının bəzi marketlərində ajiotaj yaranıb 

Miq.az  bildirir ki, cebhe.info əməkdaşının verdiyi məlumata görə, market sahibləri satıcılarla birgə bütün növ ərzaq məhsullarını səbətlərə yığaraq anbara daşıyıblar.

Alıcıların diqqətindən yayınmayan bu vəziyyət marağa səbəb olub və ərzaq məhsullarının anbara daşınması səbəbləri soruşulub. Məlum olub ki, bu gündən etibarən bütün ərzaq məhsullarının qiymətləri ən azı 30-40 qəpik artaraq yeni qiymətlərlə təklif olunacaq. Söyləntilərə görə, çörək isə 70 qəpikdən satılacaq. Market daxilindəki görüntülərdən narahat olan alıcılar da əllərindəki səbətləri ərzaq məhsuları ilə doldurmağa çalışıblar. Satıcılar çox bazarlığa imkan verməyərək bunu işlərinin olması ilə əsaslandırıblar. 

Qeyd edək ki, Tarif Şurası qaz, elektrik enerjisi və dərman pereparatlarının qiymətlərində artım barədə qərar verəndən sonra bütün ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bazar və mağazalarda qiymət artımı ajiotaja səbəb olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az