Marneulidə məscidin qapıları oğurlandı

Marneulidə məscidin qapıları oğurlandı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Baydar kəndində məscidin qapıları oğurlanıb.

APA-nın məlumatına görə, hadisə dünən gecə saatlarında baş verib. Hazırda polis faktla bağlı araşdırma aparır.

Oğurluğun bir nəfər deyil, qrup halında edildiyi ehtimal olunur.

Məscidin imamı Xəmməd Muxayev qapıların oğurlanmasının qəsdən baş verdiyini, hadisənin ona sataşmaq məqsədi ilə törədildiyini açıqlayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az