Marşrut sahibləri sürücü seçə bilməyəcək

Marşrut sahibləri sürücü seçə bilməyəcək
"Bakıda fəaliyyət göstərən marşrut sahibləri avtobuslara sürücü seçmək hüququndan məhrum ediləcək"

Miq.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli qurumun yaradılmasının 1 illiyinə həsr edilən tədbirdə deyib.
O, artıq bununla bağlı aidiyyatı qurumlara məlumat verildiyini bildirib: "Bakı Nəqliyyat Agentliyində Vahid Sürücü Sistemi yaradılacaq. Sürücülər müsabiqədən keçəcəklər, standartlara cavab verənlər barədə məlumatlar sistemə əlavə ediləcək. Marşrut sahibi artıq özü sürücü təyin edə bilməyəcək, sürücülər də həmin sistemdən seçiləcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az