Bu barədə “Vətəninfo.az”a MDHP Gənclər Təşkilatından bildiriblər.
Bakı Dövlət Universitetinin dosenti, I Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədlinin “Şəhidlərə kəfən lazım deyil” pyesi tamaşaya qoyulacaq. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən əsər Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının yaratmış olduğu komissiya tərəfindən yüksək dəyərləndirilib və qısa zaman ərzində tamaşaya qoyulması ilə bağlı lazımı təşkilatı işlərin aparılması üçün göstərişlər verilib. Tamaşanın ssenari müəllifi gənc rejissor Röyal Cəbiyevdir.
Qəhrəmanın uşaqlıq illərindən – öz dostları, məktəb yoldaşları, valideynləri, müəllimləri, əsgər və zabit yoldaşları ilə dialoq üzərində qurulan əsərdə qəhrəmanın iç dünyagörüşü tam olaraq açılır. Onun Bütöv Azərbaycançı, türkçü düşüncəsi ayrı-ayrı fikirlərində və ona qarşı münasibətdə özünü açıq şəkildə göstərir. Əsərdə onu qəhrəmanlıq zirvəsinə yüksəldən və şanlı tariximizə yazımış həmin gecə geniş təsvir olunur.
MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənlinin verdiyi məlumata görə, əsərin müxtəlif təhsil ocaqlarında (məktəb, universitet), o cümlədən ayrı-ayrı teatr salonlarında səhnələşdirilməsi nəzərdə tutulub.
Ötən gün Atamoğlan Məmmədli ilə görüş keçirən Seymur Həsənli və Hüseyn Günəşli bir sıra təşkilatçılıq işlərini müzakirə edərək gələcəkdə görüləcək işlərin proqramı ətrafında diskussiya aparmışlar.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər