Mədət Quliyev direktoru işdən çıxartdı

Mədət Quliyev direktoru işdən çıxartdı

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-yə yeni direktor təyin olunub.
 
Miq.Az Yenisabah.az-a istinadən xəbər verir ki, həmin şəxs Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.
 
Xatırladaq ki, "Elektron Hesablayıcı Maşınları Zavodu" SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az