Mehdiyevin kürəkəni və qudası azadlığa çıxaraq qaçdı

Mehdiyevin kürəkəni və qudası azadlığa çıxaraq qaçdı

Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Miq.Az Musavat.com-a istinadla xəbər verir ki, DİN-in Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən çıxan Rövşən Mustafayev maşına minərək oradan uzaqlaşıb.

O, jurnalistlərdən qaçmağa çalışıb. Yaxınlıqda olan avtomobilə minərək sürətlə oradan ayrılıb.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az