Məmmədyarovla Mnatsakanyanın görüşü başladı
İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş başlayıb.
Miq.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmisi Leyla Abdullayeva Tvitter hesabında məlumat yayıb:
"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb".
Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Miq.Az