Jurnalist Aida Eyvazlı Mehriban xanım Əliyevaya TƏŞƏKKÜR ETDİ

Jurnalist Aida Eyvazlı Mehriban xanım Əliyevaya TƏŞƏKKÜR ETDİ

Dünən günün birinci yarısı sçox böyük sevinc içərisində şəhidimiz Sənan Axundovun oğlunu AZ TV-də Naila Babayeva xanımın "Nəsillərin debatı" verilişinə aparmışdım. Söhbət vətənpərvərlikdən gedirdi. Şəhid polkovnik Sənan Axundovun oğlu Tahir Axundov bu il orta məktəbi bitirib, hərbi həkim olmaq istəyir. Çox maraqlı bir tok şou keçdi. Tahirin gözləri gülürdü. Atasının cəbhə yldaşı ilə görüşmüşdü. Çəkilişdən çıxandan sonra Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova zəng vurub dedi ki, Ali Məhkəmə onların haqq işini dəstəkləməyib. Oliqarx Şərurlu İsfəndiyarın xeyrinə qanunsuz qərar çıxarıb. Hətta Femida. az. saytının əməkdaşının da məhkəmədə iştirak etməsi, qanuna riayət etmək haqqında düşünməyə imkan verməmişdi hakimlərə. 

Ondan sonra televiziyada keçirdiyimiz bütün xoş hisslərim alt-üst oldu. Biz orada vətənpərvərlikdən, haqdan, dövlətimizin ədalətindən, şəhid ailəsinə qayğısından danışmışdıq. Lakin səsi titrəyə-titrəyə mənimlə telefonda danışan Nəcibə xanıma dedim ki, mən bu məsələni ictimailəşdirəcəm. Cənab prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva biləndən sonra, sizin məsələniz həllini tapacaq. Bİzim Dövlət adında BABAmız var. Narahat olmayın. Ancaq bu gecə yatmadım. Ona görə yatmadım ki, şəhidin cavan gəlini, iki uşaq anası dörd divar arasında əzab çəkir, ona görə yatmadım ki, ədalət gözlədiyimiz məhkəmədə Femidanın tərəzisini əymişdilər. Bu gün səhər tezdən jurnalist dostlarımız dünən axşam şəhid ailəsinin yazdığım problemini ictimailəşdirmək üçün mənə telefon açdılar. Qazilərimiz bir səslə telefon açdılar. Şəhidimizin ailəsininn problemini işıqlandırdı bütün saytlarımız. Əzizlərim çox sağ olun. Bir BİRLİYƏ görə. 

Bu gün günün ikinci yarısı şəhidin həyat yoldaşı Nəcibə xanım Nəcibə Axundova zəng vurub dedi ki, Nərimanov rayonunun icra başçısı onu gözləyir. Görüşdən çıxan kimi, dərhal məni sevindirdi. Məlum oldu ki, Heydər Əliyev Fondu, I vitse prezident Mehriban xanım Əliyeva məsələni dərhal nəzarətə götürüb. Nərmanov rayonunun icra başçısı Abdin Fərzəliyev və Heydər Əliyev Fondunun nümayəndəsi Nəcibə xanımla görüşüb, Ali Məhkəmənin ona yaşatdıqlarına görə üzr istəyiblər. Deyiblər ki, məsələ dəqiq araşdırılacaq. Nəcibə xanımın səsi bu dəfə sevincdən tirtəyirdi. Dedi ki, mən həmişə dövlətimə güvənmişəm. Ona görə də oğlumun hərbi həkim olmasını istəyirəm. Gecədən 8 saat keçmiş, günorta saat 11-də artıq şəhid ailəsinin problemini belə tez həll etdi. Yeri gəlmişkən deyim ki, şəhid Sənan Axundovun həyat yoldaşı ev üçün fonda müraciət etməmişdi. Mehriban xanım biləndə ki, ona mənzil verilməyib, bir neçə dəqiqənin içəriisndə şəhid polkovnikin ailəsini 3 otaqlı mənzillə təmin etdi. Mən isə Nəcibə xanımın adından, öz adımdan Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm. Mehriban xanım, çox sağ olun, var olun! Siz dünyanın ən xeyeirxah, ən nəcib xanımızınız. Himayə etdiyiniz xanım isə xalqımızın övladlarına ləyaqətlə dərs keçir. Tanrı gördüyünüz işlərdə Sizə yar olsun!!! İşığınız tükənməsin, mehriniz-məhəbbətiniz soyuq ürəklərə istilik gətirsin!!!

Aida Eyvazlı




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az