“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”-Ermənistan deputatı

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”-Ermənistan deputatı

"Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq  bəli, ciddi döyüşləri udduq".

Moderator.az-ın News.am-a istinadla verdiyi xəbərə görə, bu fikri  Ermənistanın "24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu  "Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib.
 
O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyırb, o da bunu "tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
 
Ermənistan parlamentinin üzvü kimi  Azərbaycanın  irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri,  həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:
 
"Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki, "Stepanakert” (Xankəndi). – S.L.) öz müqəddəratını özü müəyyən etməlidir”...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az