“Məndən ayrılsan, səni öldürərəm”
Ece Erkenə təhdid mesajları göndərdiyi üçün məhkəmə tərəfindən 3 ay
müddətinə həyat yoldaşına yaxınlaşmamasına qərar verilən Serkan Uçar
boşanma davası açıb.
Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, evliliyin sarsılması səbəbi ilə boşanmaq istəyən
Serkan həyat yoldaşından tez davranaraq məhkəməyə müraciət edib.
O, Eceyə 3 aylıq yaxınlaşmamaq qərarına etiraz etməyib.
Xatırladaq ki, Ece Erken məhkəməyə verdiyi şikayət ərizəsində həyat
yoldaşı tərəfindən "Məndən ayrılsan, səni öldürərəm” sözləri ilə
hədələndiyini demişdi.