Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi: FOTO

Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi: FOTO

Ötən gecə Masallının Miyankü kəndinin yolu işıqla təmin olunub.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.

O bildirib ki, bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstərişi Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimov azadlıqda olarkən vermişdi.

Miyankülülərin müraciətindən sonra maliyyə ayrılmış və işlərə başlanılmışdı.

Qeyd edək ki, M.Mənsimov Masallının Miyankü kəndindəndir.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az