"Mercedes" və "BMW"nin satışının qadağan edilməsi təklifi müzakirələrə səbəb oldu - Deputatdan daha bir AÇIQLAMA

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Almaniyadan Azərbaycana maşın idxalının dayandırılması, xüsusilə "Mercedes", "BMW" markalı avtomobillərin satışının qadağan edilməsi barədə təkliflərlə bağlı verdiyi açıqlamanın müzakirə yaratmasına aydınlıq gətirib. 

Deputat Pravda.az-a açıqlamasında "deputatın da öz avtomobili son model "Mercedes”dir...” deyənlərə belə cavab verib: "Bizim maşınlarımız dövlətin xidməti maşınlarıdır. Sözsüz ki, dövlət tərəfindən ayrılıb, təhkim olunub. Ancaq çox təəssüf ki, bu sualları verənlər, düşünürəm, öz şəxsi mənafelərini daha üstün tuturlar. Axı dövlətin də mənafeyi var. Çoxsaylı insanlar "Mercedes” sürürlər, xidməti maşınlar da, şəxsi maşınlar da var. Belə suallar bilavasitə qıcıq doğurur. Həm də uyğun olmayan suallardır. Deyirlər ki, "Almaniyanın mövqeyi belədirsə, onda deputatlar da şəxsi maşınlarından imtina etsinlər...” Ölkəmizə qarşı təxribat törədilir, şantaj, böhtan xarakterli məlumatlar yayılır. Bunun üçün müəyyən arqumentlər qarşıya qoyaraq deyirik ki, həmin ölkələrlə əlaqələri korlaya bilərik, istəyirik, əməkdaşlıq normalar əsasında qurulsun, bir-birimizin dövlət quruluşuna, suverenliyinə hörmətlə yanaşaq, Azərbaycan haqqında əsassız fikirlər yürütməyin... Ancaq təəssüf ki, bəzi adamlar bunu o dəqiqə siyasiləşdirir, məsələni öz prizmalarından qiymətləndirirlər. Ya da şəxsi mənafeyə çevirirlər. Bu, düzgün hal deyil. Nə deyim, vallah. Hərənin öz düşüncəsi var. Dövlətimizə qarşı yönəldilən hər bir mənfi cəhdin, çirkin mövqenin qarşısı alınmalıdır. Bunu hər bir Azərbaycan vətəndaşı da bilməli, öz mövqeyini ortaya qoymalıdır”. 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az