Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülməsi prosesi başa çatdırılıb.
Keçən ilin noyabrından başlanılan köçürülmə işi AMEA rəhbərliyinin, kitabxananın işçi heyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları Mülki müdafiə idarəsinin və gənc ərəbşünaslar şəbəkəsinin dəstəyi ilə uğurla həyata keçirilib. Yeni binaya köçürülən 1 milyon 571 min kitab artıq qeydiyyata alınıb və MEK-in informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunan və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.
MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilən elektron çiplərlə təmin olunub.
Yaxın müddətdə kitabxananın digər fondları - Qərbi Avropa ədəbiyyatı, Rus ədəbiyyatı, Azərbaycan ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.
Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.
AZƏRTAC
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?