Meşələrin icarə müddəti artırıldı - 49 il

Meşələrin icarə müddəti artırıldı - 49 il
Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb.

Nazirlər Kabinetindən Miq.az-a verilən məlumata görə, bununla bağlı "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az