Məşhur kinoteatrı kim sökür? (VİDEO)

Məşhur kinoteatrı kim sökür? (VİDEO)
Bakının fəvvarələr meydanında "Azərbaycan” kinoteatırı kimi tanınan kino mərkəzinin binasında söküntü işləri aparılır.
Tikili dörd bir tərəfdən hasarlanaraq bağlanıb. Söküntü işləri üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunub. Binanın üzlük daşları ilə yanaşı, beton arakəsmələri də sökülür. Aparılan işlərin isə kimin tərəfdən görüldüyünü öyrənmək isətəsək də bu barədə məlumat verən olmadı.
Səbail Rayon İcra Hakimiyyətində bildirdilər ki, kinoteatırda söküntü işləri yox, təmir, yenidənqurma işləri aparılır. Obyekt özəl olduğundan, tikinti işləri də özəl şirkət tərəfindən reallaşdırılır.
Təmirdən sonra binanın kinoteatır və ya başqa bir obyekt olacağı haqda isə hələlik heç bir məlumat yoxdur.
ANS TV
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az