“I Avropa Oyunları zamanı metronun iş qrafikində dəyişiklik ediləcək. Belə ki, iyunun 12-si və 28-də, yəni açılış və bağlanış mərasimləri günü metro səhər saat 06:00-dan gecə saat 03:00-a qədər işləyəcək”.
Vətəninfo.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, göstərilən vaxtın uzadılması da mümkündür: “Əsas məqsədimiz Olimpiya stadionundan çıxan son sərnişinin, bütün tamaşaçıların daşınmasıdır. Bilirsiniz ki, Olimpiya stadionu "Koroğlu" metrostansiyasının yaxınlığındadır və bu stansiyadan daha çox istifadə olunacaq. Çalışacağıq ki, bütün sərnişinləri rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdıraq. 13-27 iyun tarixləri arasında isə metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək”.
Qeyd edək ki, Avropa Oyunları zamanı, xüsusən də açılış və bağlanış günləri Bakı metrosunun 24 saat işləyəcəyi bildirilirdi.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?