“Metroda gediş haqqını biz qaldırmırıq” - Rəsmi açıqlama

“Metroda gediş haqqını biz qaldırmırıq” - Rəsmi açıqlama
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib” 

Bu haqda gununses.info-ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır: "Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib”-, deyə qurumun sözçüsü bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az