Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış etdi

Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış etdi

Müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub.

Miq.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə onu da açıq şəkildə müzakirə edib:

"Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq. Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik. Burda yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az