"Ümid edirəm ki, Rusiya rəsmiləri nəticə çıxaracaq" - Erməni deputatdan SƏRT AÇIQLAMA

"Düşünmürəm ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Ermənistan rəsmiləri haqqında danışarkən belə leksikadan istifadə edə bilər. Bu, qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim "Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.

O hesab edir ki, qarşı tərəfin yüksək vəzifəli şəxsləri nəticə çıxaracaq:

"Ümid edirəm ki, Rusiya rəsmiləri nəticə çıxaracaq. Bu cür aşağı səviyyələrdə səslənən sözlərin daha yüksək səviyyədə olmasını təmin etmək üçün addımlar atacaqlar”, – deyə Xandanyan bildirib.

Deputat Xarici İşlər Nazirliyinin nümayəndəsinə "katibə” demək olarmı sualına belə cavab verib:

"Bilirsiniz, müxtəlif ifadələr deyə bilərsiniz. Düşünmürəm ki, bu, münasibətlərin kəskinləşməsinin başlanğıcı olsun. Münasibətlərimizdə çoxlu suallar var və onlara cavab yoxdur. Cavabları gözləyirik”, – deyə Xandanyan əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az