Ötən gecə Bakının Yasamal rayonunda Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Nizami Cəfərov qəza törədib.
"Vətəninfo.az"ın qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi Akim Abbasov və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. Nizami Cəfərov idarə etdiyi dövlət qeydiyyat nişani 90 DH 027 olan “Hyundai” markalı avtomaşınla əvvəlcə “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra “VAZ 2107” ilə də toqquşan avtomobil işıqforu da aşıraraq yararsız vəziyyətə salıb.
İlkin məlumata görə, qəza zamanı əzilən avtomaşınlarda olan sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzaya düşən “Mitsubishi” markalı avtomaşının sürücüsü iddia edir ki, hadisə zamanı “Hyundai”nin sükanı arxasında olan sürücü hərəkətini işıqforun qırmızı işığında davam etdirib.
Hadisədən sonra Milli Məclisin deputatı Nizami Cəfərovla polislər arasında mübahisə olduğundan o, Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə aparılıb.
Yasamal rayon DYPŞ-nin qəzalar üzrə inspektoru Rövşən Həsənov ilkin ehtimala görə, “Hyundai” sürügüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyini deyib.
Faktla bağlı Yasamal polisi tərəfindən başlanan araşdırmalar isə davam etdirilir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?