Millət vəkili dünya çempionu oldu - FOTO

Millət vəkili dünya çempionu oldu - FOTO

Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirakı və nəticəsi barədə danışıb.

Miq.Az olkə.az-a istinadən xəbər verir ki,  Adil Əliyev bu yarışa nəticədən daha çox prinsipiallıq mövqeyini qoruyub saxlamaq üçün qatılıb:

"Sadəcə mübarizliyi, çəkini saxlamaq üçün bu yarış vacib idi", - deyə deputat bildirib.

Millət vəkili yarışın təşkilatçılığından narazılıq edib və özünün rinqə çıxmasından danışıb:

"Yarışın təşkilatçılıq səviyyəsi bizim əməkdaşlıq etdiyimiz VAKO versiyasından çox aşağı idi. Bizi yarışa təşkilatçılar dəvət etmişdi. Biz də qatıldıq. Əslində məşqlərə başlamışdım. İlk yarış bu olduğu üçün yarışa qatılmaq qərarına gəldim. Orada bir rəqibim oldu. Rumuniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum. Bundan sonrakı yarışlara hazırlaşacam".

Adil Əliyev sonda bildirdi ki, bu yarışın yox, VAKO versiyasının Bakıda dünya və yaxud Avropa çempionatı şəklində keçirilməsi üçün müvafiq təşkilatlara müraciət edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az