“Vətəninfo.az” xəbərə verir ki, millət vəkili Qənirə Paşayeva Litvada keçiriləcək “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda iştirak edəcək. Litvanın Dialoq Avrasiya Platformu təşkilatı tərəfindən təşkil edilən bu forumda millət vəkili Qənirə Paşayeva gənclərin sosial məsələlərin həllində rolu mövzusunda geniş məruzə ilə çıxış edəcək.
Forumda sosial medianın dünəni, bu günü və sabahı, sosial medianın gənclərinhəyatındakı yeri, sosial media - əxlaq normaları, sosial media qurumlarının xarici əlaqələrə təsiri, sosial medianın reklam, marketinq və ünsiyyətdə istifadəsi, sosial medianın insanların psixoloji və sosial yaşam tərzinə təsiri, ümumi media və sosial media arasındakı fərqlər, sosial medianın yaşayış xərclərinə təsiri, bilgi paylaşımı və sosial media, şirkətlərin böyüməsində sosial medianın rolu, peşəkar idarəçilərin uğurlarında sosial medianın rolu mövzusunda müzakirələr aparılacaq.
Bundan başqa millət vəkili Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, universitetləri, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşləri də olacaq.
Elnur Eltürk
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?