Millət vəkili, telejurnalist Etibar Hüseynov aparıcı Xoşqədəm Baxşəliyeva və “ATV” rəhbərliyi arasındakı qarşıdurmaya münasibət bildirib. Vətəninfo.az xəbər verir ki, millət vəkili jurnalist X.Baxşəliyevanın “ATV” prezidenti Vüqar Qaradağlının vəzifəsində “gözü olması” ilə bağlı yayılan xəbərləri “düşüklük” adlandırıb:
“Hansı kafaya sahib olmaq lazımdır ki, durub yazasan ki, Xoşqədəm Hidayətqızının Vüqar Qaradağlının vəzifəsində gözü varıymış. Və bunu bir kimsə öz FB statusunda deyil, hansısa sayt yazır. Digər o səviyyədə olanlar da yaşadığı xəbər qıtlığını doldurmaq üçün onu tirajlayır. Heç biri düşünmür ki, axı heç bir inzibati vəzifəsi olmayan sıravi əməkdaşın özəl şirkətin rəhbəri vəzifəsində necə gözü ola biler.
Çox təəssüf. Hər küçədən keçən qəzet açıb qəzetçiliyi hörmətdən saldı. İndi də eyni proses virtual məkanda müşahidə olunur. Bax ele buna görə də Lamiyə məhz jurnalist olub sayt açmaq sevdasına düşür. Amma o binəva deyir ki, "heyf ki, ali təhsilim yoxdur". Və elə bilir ki, yazanların hamısının təhsili, savadı var. Ancaq tam səmimi deyirəm- Lamiyə bu gün virtual məkanda yazarlıq edənlerin bir çoxundan həm dünyagörüşü, həm mütaliəliyi, həm də natıqliyinə görə çox üstündür. Tam əminliklə onu da deyirəm ki, şəxsən o öz saytında "Xoşqədəmin Vüqar Qaradağlının vəzifəsində gözü varıymış" kimi düşük xəbəri dərc eləməzdi”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?