Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi yekunlaşıb.

"Report”un verdiyi xəbərə görə, parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az