Mirzoyan Türkiyədəki terrorla bağlı Çavuşoğluna başsağlığı verib

Mirzoyan Türkiyədəki terrorla bağlı Çavuşoğluna başsağlığı verib

Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

"Report” xəbər verir ki, bu barədə Mirzoyan tviterdə yazıb.

"İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - o bildirib

Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az