Moldova Cəbrayıl üçün matəm elan etdi
Moldovada Mixay Volontirin dəfn günü matəm günü elan olunub.
Axar.az TASS-a istinadən xəbər verir ki, Moldovada SSRİ xalq artisti Mixay Volontirin dəfn günü milli matəm elan edilib. Müvafiq fərmanı ölkə Prezidenti Nikolay Timofti imzalayıb.
Aktyor sentyabrın 17-də ölkənin fəxri xiyabanı hesab olunan Kişinyovun mərkəzi qəbiristanlığında dəfn ediləcək. Həmin gün bütün ölkədə dövlət bayraqları endiriləcək, günorta isə bir dəqiqəlik sükut elan ediləcək.
Xatırladaq ki, "Tütək səsi”ndə kolxoz sədri Cəbrayılı oynayan SSRİ xalq artisti Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.
Vətəninfo.az