“Moskva-Bakı münasibətləri hazırda çətin dövrünü yaşayır”

“Moskva-Bakı münasibətləri hazırda çətin dövrünü yaşayır”
"Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır”.

"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Həqiqətən də möhkəm təməl, iki ölkənin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir”, - deyə Kreml sözçüsü bildirib.

Peskov bu gərgin dövrün bitəcəyinə ümid etdiyini dilə gətirib. Bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az