“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşub.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Financial Times” mənbələrə istinadən yazıb.

Söhbət zamanı ABŞ lideri yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: "Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: "Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Danışıqlardan sonra ABŞ rəsmiləri Ukraynaya üçüncü ölkələr vasitəsilə təmin edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını təqdim ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az